Dienstag, 28 April 2020 15:26

“SON SÖZ“ səhifəsinin admini ailəsilə təhdid edilir

Oğurlanan səhifədən mənə, xanımımın və bir neçə yaxınımın şəkilini göndərərək, təhdid etdilər – Bu sözləri Xeberinfo.de-in əməkdaşı, Almaniyada yaşayan siyasi mühacir, “Son Söz“ səhifəsinin admini Valeh Hüseynli deyib.

Onun sözlərinə görə, admini və sahibi olduğu “Son söz“ səhifəsi ələ keçirilib: “Təxminən 2 həftə əvvəl yaradıcısı olduğum #MÜBARİZTV fəaliyətə başlayıb.

Mübariztv-nin fəaliyətə başlaması görünür ki, kimi və ya kimlərisə narahat edib.

Dünən 27.04.2020-ci il saat 10:00-11:00 arası, yaradıcısı olduğum “son söz” https://www.facebook.com/kanal13.tv/ səhifəsini oğurlamağa nail oldular.

Son dönəmlər buna bir neçə dəfə cəhd etmişdilər, amma alınmamışdı. Dünən isə zəif nöqtəni tapmağı bacarıblar“.

Valeh Hüseynli ailə üvzlərilə təhdid olunduğunu deyir: “Bu gün (28.04.2020) oğurlanan səhifədən mənə, xanımımın və bir neçə yaxınımın şəkilini göndərərək məni təhtid etdilər. Konkret tələb etdilər ki, siyasi və media fəaliyyətimdən geri çəkilim. Əyər onların istədiklərini etməsəm şəkilləri mantaj edərək, paylaşacaqlarını bildirdilər. Digər bloggerlərdən fərqli olaraq, mən mübarizəni sivil qaydada aparıram, kimsəni söymürəm və təhqir etmirəm. Niyə hədəfdəyəm bəs? Bəlkə istəyirlər ki, mən də söyüş söyüm?“

Read 6108 times
Login to post comments
Top