Samstag, 07 November 2020 05:56

4 şəhər və 10 rayona giriş-çıxış bağlanıb - Koronavirus təhlükəsinə görə

Noyabrın 7-si saat 00.00-dan dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı,  İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Read 1297 times
Login to post comments
Top