Samstag, 07 November 2020 06:02

Ermənilər Qubadlıdakı tarixi məscidi donuzxanaya çeviriblər

27 il Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamış alçaq düşmənin daha bir tarixi məscidi donuzxanaya çevirdiyi məlum olub. Bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter səhifəsindən bildirib. H.Hacıyev yazıb: “Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki (Qubadlı rayonu,-red.) XVIII əsrə aid məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq, donuzxanaya çevrilib. Biz UNESCO, ICESCO və İƏT-i bu barbar əməlləri ciddi şəkildə pisləməyə çağırırıq”.
Prezidentin köməkçisi düşmənin Məmər kəndindəki tarixi məscidi donuzxanaya çevirdiyini əks etdirən videogörüntüləri də paylaşıb. Bu görüntülər kəndin işğaldan azad edilməsindən sonra çəkilib.
Xatırladaq ki, Zəngilan işğaldan azad olunandan sonra bu rayon ərazisindəki tarixi məscidin də ermənilər tərəfindən donuzxanaya çevrildiyini təsdiqləyən, əsgərlərimiz tərəfindən çəkilmiş videokadrlar yayılmışdı. Bu cür qeyri-insani, anti-bəşəri əməllərin içərisində boğulan düşmən isə hazırda durmadan beynəlxalq normalardan, humanizmdən və digər ümumbəşəri dəyərlərdən yapışaraq döyüş meydanında uğradığı məğlubiyyəti az qala “genosid” kimi qələmə verir...
Read 1235 times
Login to post comments
Top