Mittwoch, 27 Juli 2022 00:56

İran MOSSAD agentlərini həbs etdi: partlayıcı yerləşdirərkən...

İranın Kəşfiyyat Nazirliyi MOSSAD-ın agentlər şəbəkəsini ifşa etdiyini açıqlayıb.

Bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, İsrail agentləri İrana terror aktları törətmək üçün gəliblər, ancaq diversiya hücumundan əvvəl onlar ifşa edilib və həbs olunublar.

Məlumatda vurğulanıb ki, şəbəkə üzvləri İranın qonşu ölkələrindən biri vasitəsilə MOSSAD ilə əlaqə saxlayıb və “Kürdüstan”dan (İraq nəzərdə tutulur – red.) İrana daxil olublar.

İddia edilib ki, casuslar bir neçə ay Afrika ölkələrindən birində hazırlıq keçib və İsfahanda terror-diversiya həyata keçirmək üçün göndəriliblər.

“Agentlər məhz partlayıcı maddələri yerləşdirərkən yaxalanıblar. Casus qrup ölkəyə daxil olmazdan əvvəl İran Kəşfiyyat Nazirliyinin müşahidə altında olub. Həbs edilən qrupla ölkə daxilində və xaricdə mümkün təmasların olması ilə bağlı araşdırmalar və kəşfiyyat monitorinqi davam edir”, - “Mehr” yazıb.

Read 587 times
Login to post comments
Top