Mittwoch, 27 Juli 2022 01:01

Abşeron Logistika Mərkəzində yoxlamalar başladı

 Sabiq sədrlə "baş broker"ə "stop"

Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsində apardığı əməliyyatdan bir aydan çox zaman ötsə də, hələ də Komitənin fəaliyyəti ciddi təftiş olunmaqdadır. 
 Bu barədə Qlobal.az məlumat yayıb.
 Bildirilir ki, bir neçə qurum tərəfindən fəaliyyəti ciddi təftiş olunan müəssisələrdən biri də Abşeron Logistika Mərkəzidir. 
 Yoxlamaya səbəb Abşeron Logistika Mərkəzinin törəmə şirkətlərindən olan "Absheron Contaıner" və "Milli Broker" şirkətlərinin fəaliyyətində olan şübhəli məqamlardır. 
 İddialara görə bu təşkilatlar gömrük rəsmiləşdirilməsi, bəyannamələrin tərtibi və idxal-ixrac əməliyyatlarında saxtakarlığa yol veriblər. 
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevdir. 
 Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlayıb. 
Bu gün yerli mediada yayılan xəbərlərə görə Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin ölkədən çıxışına "stop" qoyulub. 
 Digər bir məlumatda isə ölkədən çıxışına qadağa qoyulan şəxslərin arasında broker fəaliyyəti ilə məşğul olan bir neçə şirkətin rəhbərləri də var. 
 Uzun illərdir ki, Azərbaycanda Gömrük sistemində "broker" monopoliyasına rəhbərlik edən Əbülfəz Məlikovun da ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
 DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı Dövlət Gömrük Komitəsi yanında "Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Ehtiram Xəlilov və Gömrük Xidmətinin əməliyyat və istintaq baş idarəsinin rəisi Məsum Rəsulov həbs ediliblər. 
Read 597 times
Login to post comments
Top