Mittwoch, 27 Juli 2022 01:04

ABŞ Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edib

ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edib.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi “Zoom” proqramı vasitəsi ilə keçiridiyi brifinqdə məlumat verib.

"Bu səfərin qiymətləndirilməsini prezident Ərdoğana buraxırıq. Türkiyə ilə Rusiyanın ikitərəfli əlaqələri var. Türkiyə Birgə Koordinasiya Mərkəzinin həyata keçirilməsində iştirak edir",- deyə Kirbi bildirib.

ABŞ və Türkiyənin bir çox məsələdə əlaqədə olduğunu bildirən Kirib İstanbulda Ukrayna taxılının ixracı ilə bağlı razılaşmanı yüksək qiymətləndirib və bu məsələdə BMT Türkiyə münasibətlərinə diqqət çəkib.

Read 577 times
Login to post comments
Top