Mittwoch, 27 Juli 2022 01:16

Azərbaycan və Ermənistan prezidentləri görüşəcəklər

Azərbaycam və Ermənistanın rəsmi nümayəndələri iki ölkə liderlərinin görüşü ilə bağlı danışıqlar aparırlar.

Bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri, hakim “Mülki Müqavilə” partiyasının idarə heyətinin üzvü Eduard Ağacanyan bildirib.

"Bildiyimə görə, liderlərin görüşünün keçirilməsi ilə bağlı danışıqlar gedir, lakin konkret tarixləri deyə bilmərəm", deyə Aqacanyan vurğulayıb.

İlham Əliyev və Paşinyan sonuncu dəfə mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıblar.

Read 572 times
Login to post comments
Top