Çərşənbə, 15 Mart 2017 21:00

Fikrət Qoca öldürülən oğluna layla yazdı: Səni öz əlindən ala bilmədim

Xalq şairi Fikrət Qoca  martın 11-də öldürülən oğlu Yalçın Qocayevə şeir yazıb. Cebhe.info xəbər verir ki, “Oğluma sonuncu layla” adlı şeir Y.Qocayevin ölümündən 4 gün sonra yazılıb.

Xatırladaq ki, Yalçın Qocayev martın 11-nə keçən gecə dostları ilə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu ərazisindəki şöbəsinin inzibati binasında yeyib-içib. Gecə saat 02 radələrində onlar arasında dava düşüb. Bu zaman Sabirabad sakini olan Elnur Nəhmədov Yalçın Qocayevi döyüb, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirib. Zərbənin təsirindən güclü qanaxma başlayıb. Onlar qanxmanın qarşısını almağa çalışıblar, lakin artıq gec olub. Y.Qocayev hadisə yerində ölüb.

xeberinfo.de xalq şairinin oğluna yazdığı şeiri təqdim edir.

Oğluma sonuncu layla

Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca...
Bu sözü atalar deyib əzəldən:
"Ac qarın özünü verər qılınca".
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq...Yəni bu yaşamaqdımı?..

Oxunuş sayı 2502 dəfə
Şərh vermək üçün giriş edin
Top