Cümə axşamı, 13 İyul 2017 22:00

Mərhəmətli Əlinin aqibəti - Hekayə

Biri var idi, biri yox idi. Bir kasıb ailədə gözləri 2 yaşından bəri kor olan, Əli adlı bir uşaq var idi. Bu ailə çox kasıb olduğundan 9 yaşlı Əlinin gözlərini müalicə edə bilmirdilər. Əlinin anası Məleykə xanım namaz qılar və övladı Əli üçün Allaha yalvarardı ki, oğlunun gözlərinə işıq versin. Əli təhsilindədigər uşaqlardan geri qalmışdı. Əlinin atası İbrahim yataq xəstəsi olduğundan çarəsiz ana bu 2 nəfəri birtəhər dolandırardı.

Bir gün Məleykə xanım işə gecikdi. Məleykə xanımın müdiri çox qəddar insan olduğundan onu işdən qovdu. Yazıq hönkür-hönkür ağlayaraq eve döndü. O qapı-qapı dolanıb iş axtarırdı. Amma heç kim onu işə qəbul etmədi. Başqa çarə yox idi. O, yaşadığı evə yaxın bir yerdə oturub, dilənməyə başladı. Gələn-gedən bacardığı qədər Məleykə xanıma yardım edərdi. Təsadüfən bir varlı kişi oradan keçəndə qadına yazığı gələrək,onun niyə diləndiyini soruşdu. Qadın ailə problemlərini kişiyə danışdı. Bu kişi digərlərindən fərqlənərək, çöx mərhəmətli biri idi. Qadını bazara aparıb, evdə çatışmayanları aldı. Əlini isə göz həkiminə apardı.

Həkim Məleykə xanıma dedi:

Əlinin gözləri düzələcək. Amma gözlərinin əməliyyat olması üçün bir miqdar pul lazımdır. Həmin şəxs lazım olan pulu həkimə verdi. Əli əməliyyat olundu. O, artıq hər şeyi aydın görə bilirdi. Nədənsə mərhəmətli insan orada yox idi. Hətta o Məleykəyə adini belə deməmişdi. Əli çox sevinmişdi. O mərhəmətli insanı axtarırdı ki, təşəkkür etsin, amma onu orada tapa bilmədi. Əli və anası çox məyus olmuşdular. Onlar sevinclə evə döndülər. Təsadüfən televiziyada xəbər izləyərkən qəza hadisəsi haqqında danışıldı. Məleykə qəzada dünyasını dəyişmiş insanın onlara yardım edən mərhəmətli insan olduğunu gördü. O, çox təəssüf hissi keçirdi. Məlum oldu ki, onun da adı Əli imiş.

Oxunuş sayı 2306 dəfə
Şərh vermək üçün giriş edin
Top