Cümə, 27 May 2022 00:33

İstanbulda atışma olub, ölən var

APA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Maltəpə səmtində Aydınlıkevlerdə Semih Tufan Gülaltaya məxsus olduğu iddia edilən iş yerinin qarşısında baş verib. Şərti adı F.T əvvəlcə orada dayanan avtomobilə, sonra isə iş yerinə atəş açıb.

Məlumata görə, iş yerinin sürücüsü silahlı şəxsə cavab verdikdən sonra qarşıdurma yaşanıb.

Hadisə nəticəsində hücum edən şəxs hadisə yerində ölüb.

Sürücü isə polis tərəfindən saxlanılıb.

Oxunuş sayı 482 dəfə
Şərh vermək üçün giriş edin
Top