Bazar, 17 İyul 2016 21:00

Azərbaycanda prezidentin səlahiyyət müddəti artırılır

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur

Bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsininKonstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

Eyni zamanda, 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan sözləri"nin çıxarılması təklif olunur.

Oxunuş sayı 1243 dəfə
Şərh vermək üçün giriş edin
Top