×

Xəbərdarlıq

JUser: :_load: ID-si 633 olan istifadəçini yükləmək alınmadı
Cümə axşamı, 25 İyun 2015 12:46

Daha bir siyasi fəal ölkədən getdi

İctimai, siyasi fəal Babək Allahverdiyev mühacirətə gedib. Bu barədə B.Allahverdiyev qardaşı Xeber.info-a məlumat verib. Onun sözlərinə görə, B.Allahverdiyev 2 gün əvvəl ölkəni tərk edib: “Babək hökumətin təyziqlərinə dözməyib, ailəsilə birlikdə mühacirətə getmək məcburiyyətində qaldı. Tənqidi firiklərinə və fəaliyyətinə görə təqib olunurdu, hər an həbs təhlükəsi var idi. Müxalifətin təşkil etdiyi mitinqlərin fəal iştirakçısı olduğu üçün son zamanlar basqılar artmışdı. Həbs təhlükəsi qaçılmaz həddə çatmışdı. O da, ailəsilə birlikdə ölkəni tərk etdi. Artıq Avropa ölkələrindən birindədir və siyasi sığınacaq üçün müraciət edəcək. Ümid edirəm ki, qardaşım bundan sonra həbs qorxusu ilə yaşamaz“.

Babək Allahverdiyev

 babək

Oxunuş sayı 1503 dəfə
Şərh vermək üçün giriş edin
Top