Şənbə, 10 İyun 2017 22:00

Vahid Mustafayev saxlanıldı - VİDEO

Fəaliyyəti dayandılırılan ANS TV-nin prezidenti Vahid Mustafayevin motosiklet karvanı ötən həftə polis tərəfindən saxlanılıb.

Polis motosikletləri saxlayaraq cərimə meydançasına aparıb, Vahid Mustafayev və dostlarını isə 46 saylı avtobusla yola salıb. Qeyd edək ki, hadisə Nobel prospektində baş verib. Polisin verdiyi məlumata görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə boğucu səslərin olması və magistralda düzgün hərəkət etməmələri olub. Verilən məlumata görə, V.Mustafayevin motosiklet karvanı motosiklet qəzasınada dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsilə motosikletlər cərimə meydançasına aparılıb.

Oxunuş sayı 2122 dəfə
Şərh vermək üçün giriş edin
Top