Bazar ertəsi, 05 Mart 2018 21:00

Mirşahin Ağayevin telekanalına müddətsiz lisenziya verildi

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

 

xeberinfo.de xəbər verir ki, MTRŞ-dan apa-ya verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real” TV) baş direktoru Mirşahin Ağayevdir.

xeberinfo.de 

Oxunuş sayı 1244 dəfə
Şərh vermək üçün giriş edin
Top