Cümə axşamı, 24 May 2018 22:00

İbrahimbəyovun qalmaqallı filmində şok xəritə

“Rüstəm İbrahimbəyovun filmində nə var” deyənlər filmin giriş hissəsindəki xəritəyə diqqət yetirsinlər.

xeberinfo.de xəbər verir ki, bu sözləri tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev şəxsi Feysbuk səhifəsində yazıb. O, yazıçı R.İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filminin təxribat xarakterli olmasını sübut edən amilə diqqət çəkib:

“Qarabağ Ermənistanın rənginə uyğun formada, Azərbaycandan ayrı bir ərazi kimi göstərilir. Və xəritənin üzərində “1988-ci ildə Dağlıq Qarabağ öz müstəqilliyini elan etdi” cümləsi yazılıb. Amma dünya bilir ki, müharibəni başladan Ermənistandır və torpaqları işğal edib. Yəni bu xəritə filmin mahiyyətini tam açır”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” adlı film çəkib. Filmdə azərbaycanlılar vəhşi, qəddar, mədəniyyətsiz, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunub.

xeberinfo.de

Oxunuş sayı 4361 dəfə
Şərh vermək üçün giriş edin
Top