Şənbə, 21 İyul 2018 22:00

DAS ilk Ümumi Yığıncağını keçirdi - FOTO

Dünən (21 iyul 2018) Almaniyanın Bochum şəhərində Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatının ilk Ümumi Yığıncağı keçirilib. Bu barədə DAS-ın İdarə Heyətinin üzvü Cavid Cabbarlı Xeber.İnfo-a məlumat verib. 

C.Cabbarlının sözlərinə görə, Ümumi Yığıncağa azərbaycanlı mühacirlərlə yanaşı, Almaniyanın ictimai-siyasi və mətbuat nümayəndələri də qatılıblar: „Bu, DAS-ın ilk Yığıncağı idi. İlk yığıncaqda DAS-ın Nizamnaməsi təsdiq olundu və İdarə Heyətinə, Nəzarət Təftiş Komissiyasına üzvlər seçildi“. 
Qeyd edək ki, DAS Avropada yaşayan azərbaycanlı mühacirlər tərəfindən 03.06.2018-ci il tarixində elan edilib.

Oxunuş sayı 1359 dəfə
Şərh vermək üçün giriş edin
Top