Cümə axşamı, 08 Noyabr 2018 20:25

Tibb Universitetində vergi yoxlamaları başlayıb

Vergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb. 
 "Report”un xəbərinə görə, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir.
 Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir.
Oxunuş sayı 837 dəfə
Şərh vermək üçün giriş edin
Top