Şənbə, 24 Noyabr 2018 22:07

SMMM “Avropa işi” Hesabatını 2019- cu ildə də davam etdirəcək

Siyasi Məhbsuların Müdafiə Mərkəzinin kordinatoru, hüquq müdafiəçisi Oktay Güləliyevin Xeber.İnfo-a verdiyi məlumata görə, “Avropa işi” Hesabatı 2019- cu ildə də davam etdiriləcək: “Bir neçə gün öncə Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti iclası keçirilib. İclasda insan haqları ilə bağlı vəziyyət, siyasi məhbus problem və qarşıda duran vəzifələr müzakirə olunub. 2018- ci ilin yekunları ilə bağlı müzakirələrdə SMMM- in gördüyü işlər, siyasi məhbusların müdafiəsi sahəsində fəaliyyəti, eləcə də hazırladığı sənədlər, o cümlədən “Avropa işi” Hesabatı qənaətbəxş hesab olunaraq təqdir edilib. Qərara alınıb ki, bu istiqamətdə fəaliyyət, görülən işlər, müxtəlif sənəd və hesabatların hazırlanması, eləcə də Avropada yaşayan mühacirlərin ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən repressiyalarla bağlı məlumatların və yeni keyslərin “Avropa işi” Hesabatına daxil edilməsi işi 2019- cu ildə də davam etdirilsin“.

Oxunuş sayı 925 dəfə
Şərh vermək üçün giriş edin
Top