Bazar ertəsi, 04 Aprel 2016 22:00

Ələddinin 27-ci qələbəsi – TƏBRİK

Allah insanı xəlifə olaraq yaratdı. Lakin hər kəs özü xəlifəliyə haqq etdiyini isbatlayır...

Tanıyanların, dostların, qohum-əqrəbanın qəlbində xilafət kürsüsü quran kəslərdən biri də Verdiyev Ələddin Fəxrəddin oğludun. Ələddin hər zaman dürüstlüyün və səmimiyyətin fədaisi kimi tanınıb. Məhz buna görə də Ələddin adı onu tanıyan hər kəsin dodaqlarına gülüş, yanaqlarına təbəssüm bəxş edir.

Bu gün - 05 aprel isə gülüş və təbəssümün möhtəşəmliyinin daha bir il böyüməsinə şahid oluruq. Əziz və dəyərli dostumuz Əllədin ömür payının bir ilini də arxada qoyur, ömrünün 27-ci mübarək qədəmini həyata basır.

Əziz dostumuz Ələddin, səni dostların Ramil, Əsgər, Samir, Rəşadət və Xeber.İnfo kollektivi təbrik edir, ən xoş arzularımızı çatdırırıq!

Özünə nə xəyal edirsənsə, iki qatını sənə arzulayırıq.

Ad günün mübarək!

Xeber.İnfo

Oxunuş sayı 1398 dəfə
Şərh vermək üçün giriş edin
Top