Çərşənbə axşamı, 14 Sentyabr 2021 00:40

Tanınmış jurnalist deport düşərgəsində

Sentyabrın 13-də Almaniyada yaşayan jurnalist Röya Rəfiyeva bu gün axşam saatlarında Almaniya polisi tərəfindən saxlanılaraq deport düşərgəsina aparılıb.

Xeberinfo.de bildirir ki, məlumatı ictimai fəal R.Rəfiyeva öz "facebook" səhifəsində paylaşıb. Əldə etdiyimiz məlumata görə, o, hal-hal hazırda München şəhərində deport olunacaq insanların saxlanıldığı sığınacaqda saxlanılır. Sabah saat 12 radələrində isə Münchendən Düsseldorfa, oradan isə Azərbaycana deport olacağı gözlənililir.

Röya xanımla əlaqə saxlasaq da, ətraflı məlumat ala bilmədik. O, "hazırda polislər evdədirlər bizi aparmağa gəliblər"-deyə bir cümlə ilə fikrini bitirdi.

Oxunuş sayı 679 dəfə
Şərh vermək üçün giriş edin
Top