Çərşənbə axşamı, 12 Aprel 2016 22:00

Zeytun tumunun faydası...

Türkiyəli həkim Fevzi Özgönül zeytunun təkcə meyvəsinin və ya yağının deyil, həm də tumunun sağlamlığa faydalı olduğunu açıqlayıb.

Həkim zeytunun dünyanın ən faydalı ağacı olduğunu deyib: "Zeytunun meyvəsi ilə yanaşı yarpağı da faydalıdır. Onun yarpaqlarını çay kimi dəmləyib içmək olar. Ancaq mən zeytunun tumunu udmağı məsləhət görürəm. Zeytun tumu mədə problemlərini aradan qaldırır. Mədədəki yanğı hissini azaldır, bağırsaqları gücləndirir və qəbizliyin qarşısını alır. Zeytun tumunu çeynəmək mümkün deyil, ancaq onu udsanız, mədə şirəsi tumu asanlıqla əridəcək. Həftədə 1-2 dəfə səhər yeməyi zamanı 2-3 ədəd zeytun yeyib, tumunu uda bilərsiniz”.(publikaq.az)

Oxunuş sayı 2770 dəfə
Şərh vermək üçün giriş edin
Top