Bazar, 17 Aprel 2016 22:00

Rayonlardan şikayətçilər nazirliyin qarşısına axışdı - VİDEO

Nazirliyin qarşısında aksiya: Şikayətçilər rayonlardan Bakıya gəldi

Bü gün günorta saat 14.30 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında çox sayda şikayətçi toplanıb.

Bölgələrdən gəldiklərini deyən şikayətçilər sosial müavinət almaqda problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Nazirliyin qarşısına polis əməkdaşları cəlb edilib. Hələlik şikayətçiləri dinləmək üçün nazirliyin heç bir rəsmi nümayəndəsi gəlməyib.(cəbhə.info)

Oxunuş sayı 1224 dəfə
Şərh vermək üçün giriş edin
Top