Cümə axşamı, 21 Aprel 2016 22:00

SalamNews-un əməkdaşı “Formula-1” Avropa Qran-prisi tərəfindən mükafatlandırılıb

Media nümayəndələri arasında keçirilən “Formula-1” Avropa Qran-prisi jurnalistlərin gözü ilə” mövzusunda yazı müsabiqəsinin qalibləri aprelin 22-də mükafatlandırılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Azərbaycanda “Formula-1” jurnalistikasının inkişafına dəstək məqsədilə keçirdiyi müsabiqənin mükafatlandırma mərasimi BŞH-nin ofisində təşkil olunub.

Mərasimdə çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Avropa Qran-prisinin daha geniş ictimaiyyətə tanıdılmasındakı xidmətlərinə görə jurnalistlərə minnətdarlığını bildirib. O, bu mötəbər yarışa daha geniş azarkeş kütləsinin cəlb edilməsi baxımından KİV təmsilçilərinin rolunu yüksək qiymətləndirib.

Avropa Qran-prisinin rəsmi elçisi, “Formula-1” üzrə idman şərhçisi Rəhim Əliyev jurnalistlərin müsabiqəyə təqdim etdikləri yazıların yüksək peşəkarlıqla hazırlandığını vurğulayıb, qalibləri təbrik edib. Qeyd olunub ki, münsiflər heyəti müsabiqəyə təqdim edilən məqalələri kreativlik, uyğunluq və aktuallıq kimi meyarlar əsasında qiymətləndirib.

Sonra qaliblər mükafatlandırılıb.

Təltif olunanlar arasındaA SalamNews-un əməkdaşı Orxan Kərimov da var.

Nigar Arpadarai qalibləri təbrik edərək müsabiqədə göstərdikləri fəallığa görə yarış iştirakçılarına təmsil etdiyi şirkət adından minnətdarlığını bir daha bildirib.

Oxunuş sayı 1147 dəfə
Şərh vermək üçün giriş edin
Top