Cümə axşamı, 28 Aprel 2016 22:00

Sürücülərin nəzərinə: Yol polisi reydlərə başlayır

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda reydlərə başlayır. 
 İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Lent.az-a bildirib ki, reydlərin keçirilməsində məqsəd süni sıxlığın yaranması, yollarda avtomobillərin qanunsuz parklanmasının və piyadaların piyada keçidlərindən istifadə etməməsi hallarının qarşısını almaqla bağlıdır.
 Reydlər zamanı sürücülərlə yanaşı qaydaları pozan piyadalar da məsuliyyətə cəlb olunacaq.
Oxunuş sayı 1370 dəfə
Şərh vermək üçün giriş edin
Top