Cümə, 29 Aprel 2016 22:00

Bakıda tapılan ayı hansı məmurundur?

Bu gün paytaxt ərazisində peyda olan ayı balası Bakı Zooparkına məxsus deyil.

Bunu modern.az-a Bakı Zooparkının direktoru Azər Hüseynov deyib.

O qeyd edib ki, Zooparka məxsus bütün heyvanlar öz yerindədir:

"Həmin ayı balasının hansı şəraitdə, harada peyda olması ilə bağlı məlumatım yoxdur".

Direktor, eyni zamanda, tapılan ayı balasının Bakı Zooparkına təhvil verilməsilə bağlı müraciət almadığını deyib.

Maraqlıdır, əgər ayı balası zooparkdan qaçmayıbsa, onda kimindir?.. Bakıda heyvan saxlamağa həvəsli olan imkanlı ailələr, məmurlar çoxdur. Ola bilsin şəhərə qaçan ayı balası hansısa şəxsi malikanədən çıxıb...

Qeyd edək ki, ayı balası Bakının Suraxanı rayonunda, "Baku Bus" avtobuslarının saxlanıldığı yerin yaxınlığında peyda olub.

Fövqəladə Hallar Nazirliyi (FHN) ayı balasını aidiyyəti üzrə təhvil veriləcəyini bildirib.

 Vizual.az xəbər verir ki, son illərdə bəzi məmurların heyvan saxlamaq hobbisi haqda arabir məlumatlar yayılır. Bəzi oliqarx-məmur və nazirlərin zooparkı olduğu, vəhşi heyvanlar saxladığı haqda mətbuatda informasiyalar var. Hətta məşhur "ayı kababı" qonaqlığı haqda məlum qalmaqal da unudulmayıb. Bu baxımdan bu ayı balasının da hansısa məmura aid olması istisna deyil. Bu haqda təftişə başlamışıq. 

Oxunuş sayı 1399 dəfə
Şərh vermək üçün giriş edin
Top