Bazar, 01 May 2016 22:00

Çilçıraq biznesinin başında duran icra başçısı

Zakir Fərəcov Azərbaycana gətirilən ən bahalı lüsterlərin inhisarçısı imiş 
Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı daha bir qalmaqallı məsələyə qarışıb. İndiyə qədər bir çox bizneslərdə, habelə MTN şefi Eldar Mahmudovla yaxşı münasibətdə olması səbəbindən adı gündəmə gələn icra başçısının bu dəfə ismi çilçıraq biznesində hallanmağa başlayıb. 
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov uzun illərdən bəri Azərbaycana gətirilən və dəyəri yüz minlərlə manatla ölçülən çilçıraqların inhisarçısıdır. Sumqayıtın icra başçısı xeyli müddətdir bu işlə məşğuldur. Hətta onun satış üçün gətirdiyi lüsterlər arasında qiyməti 150-200 min manata olanları da var. 
Maraqlı məqamlardan biri isə odur ki, icra başçısı dövlət qurumlarının binalarında quraşdırılan ən bahalı çilçıraqların da satıcısı kimi çıxış edib. Keçirilən tenderlərə təklif olunan həmin lüserlərin qiymətləri isə bir neçə dəfə şişirdilib.
Milli Məclisin binasının təmiri zamanı Zakir Fərəcov da yardımçı olub. Belə ki, o, binanın işıqlandırma sisteminə aid olan bütün vəsaitlərin hamısını verib. Üstəlik, bir neçə bahalı çilçıraq da bağışlayıb.(jam.az) 
Qarşı tərəfi də dinləməyə hazırıq.

Oxunuş sayı 1103 dəfə
Şərh vermək üçün giriş edin
Top