Bazar, 01 May 2016 22:00

Rövnəq Abdullayevin oğlu polisə hücum etdi BİABIRÇILIQ - FOTO

SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə qalmaqala səbəb olub.

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rəşad Abdullayev dünən axşamdan saxlanılıb. İçkili vəziyyətdə olan Rövnəq Abdullayevin oğlu polisə müqavimət göstərib, onun əmrlərinə tabe olmaqdan boyun qaçırıb.

Rəşad Abdullayev polislərdən dərhal onu buraxmalarını tələb edib. Polisin "yox" cavabından özündən çıxan Abdullayev, cüzdanından Kaliforniya, Qətər və Azərbaycan sənədlərini çıxarıb polisə tərəf ataraq "hansını istəyirsən götür, sənin olsun" deyib. 

Amma bütün bunlar Rövnəq Abdullayevin oğlunun 2 min türk lirəsi cərimələnməsinə və Kaliforniya sənədlərinə iki illik qadağa qoyulmasına mane olmayıb. Yol polislərini xeyli məşğul edən kiçik Abdullayev cangüdənlərini də orda buraxıb, dostlarının gətirdiyi avtomobilə əyləşərək, ordan uzaqlaşıb.

Oxunuş sayı 1235 dəfə
Şərh vermək üçün giriş edin
Top