Bazar ertəsi, 02 May 2016 22:00

“İstedadlı Əlillər” İB-nin layihəsi start götürdü

 Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının 2016 –cı il üçün elan etdiyi  qrant müsabiqəsində “İstedadlı Əlillər” İctimai Birliyinin “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” adlı layihəsi müsabiqədən keçmişdir. 

“İstedadlı Əlillər” İB-dən Xeber.İnfo-a verilən məlumata görə, layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətin çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir.
Layihənin qarşısına qoyduğu vəzifələr sadalanan məqsədlərin gerçəkləşdirilməsi yönünüdə bir sıra işlər – təlimlər, konsultasiyalar, seminarlar, konfranslar, müsabiqələr, kurslar, sərgilər, konsertlər və müxtəlif tədbirlər gerçəkləşdirməkdir.
Layihə çərçivəsində iştirakçıların hüquqi problemlərinin həllinə dair işlərin görülməsi, yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması, təhsil və mülicə problemlərinin həll olunması yönündə işlərinin görülməsi nəzərdə tutulur.
Əlilliyi olan insanları “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsində iştrak etməyə dəvət edirik. Layihənin icra müddəti dörd aydır. 
Bizə müraciət edin. Ətraflı məlumat üçün aşagıda qeyd olunan ünvan və telefon nömrələri ilə bizimlə əlaqə saxlayınÜnvan : Xırdalan şəhəri. Heydər Əliyev pr. 39. “İstedadlı Əlillər” İctimai Birliyinin ofisi. (Abşeron RİH-nin binasının yanı)

Email : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əlaqə tel : (994) 50 999 30 79
(994) 70 760 28 28
(994) 55 760 28 28
(994) 12 342 45 64

Oxunuş sayı 975 dəfə
Şərh vermək üçün giriş edin
Top