Çərşənbə axşamı, 03 May 2016 22:00

Nəriman Əliyev icra başçısı olmaq üçün kimlərə yaxınlaşmaq istəyir?

70 saylı Masallı Seçki Dairəsindən deputat seçilən Nəriman Əliyevin bu rayonda olan böyük biznes şəbəkəsinin nəzarətə götürülməsi xəbəri haqda məlumat yayılmışdı. O zaman rayon icra başçısı ilə deputat arasına ciddi konfliktin yaranması söz-söhbətləri da var idi. Hətta deputatın rayondakı obyektlərinin söküntüsü ilə bağlı qərarın verildiyi də gələn məlumatlar sırasında idi.

Amma sonradan deputatla-icra başçısı qismən razılıq əldə etmişdilər. Nəriman Əliyev kifayət qədər geri çəkilmək məcburiyyətində qalmışdı.

İndi isə vəziyyət yenidən qarışıb. Belə ki, Bizimxeber.az-a daxil olan məlumata görə, icra başçısı Rafil Hüseynovla deputat Nəriman Əliyev arasında daha bir konflikt başlayıb. Daha doğrusu, yaxın aylarda postunu itirəcəyini dəqiq bilən icra başçısı rayonu Nəriman Əliyevə və ya onun yaxın adamlarının idarəsinə vermək istəmir.

Məlumatlara görə, Nəriman Əliyev son aylar bütün gücünü ortaya qoyaraq Masallıda icra başçısı olmaq üçün mübarizə aparır. Hakimiyyətdəki dayaqları, hətta Hacı Allahşükür Paşazadəyə və daha yüksək (????) şəxslərə yaxınlaşmaq cəhdləri hələlik heç bir nəticə verməyib. Əksinə qeyri ciddi qarşılanıb. (Bu barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik)

Hazırda Nəriman Əliyevlə Masallı Kərpic zavodunun müdiri Fəxrəddin adlı iş adamının maraqları ciddi şəkildə toqquşub. Eyni zamanda deputatın rayonun polis rəisi Nəriman İmanov və tanınmış iş adamı, “Embawood” şirkətinin sahibi Məşur Məmmədovla da münasibətləri gərginləşib.

İcra başçısına yaxınlığı ilə seçilən yuxarda adlarını çəkdiyimiz şəxslərlə deputat arasında qızğın mübarizə gedir. Rayon sakinləri belə onun icra başçısı olmaq istəyinə qarşı çıxmağa bağlayıb.

Rayon sakinlərinin Nəriman Əliyevin deputat olduğu dönəmdə yalnız öz biznesini inkişaf etdiməsi barədə silsilə məktubları sizə təqdim edəcəyik…

Daha dəqiq faktlar yaxın günlərdə…(bizimxeber.az)

Oxunuş sayı 1131 dəfə
Şərh vermək üçün giriş edin
Top