Cümə axşamı, 12 May 2016 22:00

Nazir Xəzər dənizinin hasarlanmasından DANIŞDI

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin bir çox ərazilərdə hasarlanmasına münasibət bildirib.

Hüseyn Bağırov "ASAN radio"nun "QəbuldASAN" verilişində deyib ki, bu məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində deyil.

 Nazir bildirib ki, bu məsələlər üçün müvafiq təşkilatlar var: "Qərar qəbul etmək, məsələlərə nəzarət etmək dövlət orqanı kimi bizə aid olmayan işlərlərdir".

Bununla yanaşı, nazir deyib ki, dənizin hasarlanması məsələsində insanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı. (report)

Oxunuş sayı 985 dəfə
Şərh vermək üçün giriş edin
Top