Çərşənbə axşamı, 17 May 2016 22:00

Qənirə Ataşova Azərbaycanı ABŞ-da yenidən biabır etdi!-VİDEO

Azərbaycanı dünyada hər an pis duruma salmağa çalışan Ermənistan və onun bütün dünyada olan havadarları beynəlxalq imicimizə zərbə vurmaqdadır.

Lakin ANS-in Amerika üzrə şöbəsinin direktoru olan, aparıcı Qənirə Ataşova hər dəfə Ağ Ev rəhbərliyinə ünvanladığı suallarla Azərbaycana ermənilərdən daha güclü zərbə vurur.
İngilis dilində fikirlərini çatdıra bilməyən Qənirə Ataşova hər dəfə bütün dünya mediasının önündə rüsvay olur.

Ortaya sual çıxır, görəsən, Azərbaycanda ingilis dilini yüksək səviyyədə bilən yoxdurmu ki, vicdanlı, dəqiq və qərəzsizliyi ilə öyünən ANS telekanalı Azərbaycanı bu səviyyədə təmsil etmək məcburiyyətində qalıb?

İkinci maraqlı tərəf odur ki, hər hansı telekanalın xarici ölkədə təmsilçiliyinin başında duran şəxsin mütləq aparıcı olması vacib olmadığı halda, üstəlik, ingilis dilini birinci sinif şagirdi səviyyəsində mənimsəyən aparıcı Qənirə Ataşovanın seçimi, özü də inadlı müdafiəsi kimlərə sərf edir?

Bəzi həmkarları onun türkçü, millətçi olduğunu əsas gətirərək ingilis dilinin Amerikada bir kanalı təmsil edən rəhbərin, vəzifəli şəxsin bilməsinin önəmli olmadığını iddia edirlər. Təbii, bu iddiada bulunan bütün həmkarları dünyanın axarını elə Qənirə Ataşova ingilis dilini bildiyi səviyyədə anlayıblar. Amma bu gün bizə düşmən olan Ermənistanın eyni məkanda təmsilçiləri öz peşəkarlığı və üstünlüyü ilə diqqət çəkirlər. O zaman Azərbaycan bacarıqsız və savadsız imici kimlərin istəyidir? Maraqlı sualdır. Amma cavıbnı hələ ki almamışıq.

Oxunuş sayı 1866 dəfə
Şərh vermək üçün giriş edin
Top