Yardımlı rayonuna güclü dolu düşüb.
Nəticədə fərdi evlərə xeyli ziyan dəyib, avtomobillərin damları əzilib.
Bundan əlavə, çaylarda güclü daşqınlar yaranıb. Selin gətirdiyi qaya parçaları Masallı-Yardımlı yolunu bağlayıb. Yolun bağlanması səbəbiylə iki rayon arasındakı əlaqə kəsilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosu ayın 10-a kimi ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağıyla bağlı xəbərdarlıq edib.