Çərşənbə axşamı, 21 İyun 2016 22:00

Nardaranda tezliklə mədrəsə tikilməlidir və orada tədris prosesi başlamalıdır - prezident

 "Nardaranda tezliklə mədrəsə tikilməlidir və orada tədris prosesi başlamalıdır. Mən şeyx həzrətləri ilə bu yaxınlarda bu barədə danışmışam. Nardaranda insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün ictimai yerlər də olmalıdır".

Bu barədə Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Ölkə başçısı deyib ki, Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib.

Oxunuş sayı 1315 dəfə
Şərh vermək üçün giriş edin
Top