Şənbə, 16 İyul 2016 21:00

Metroda gediş haqqı qaldırıldı - Özəl

Bu gün (15 sentyabr 2016) Tarif Şurasının növbəti toplantısı keçirilib. Tarif Şurası metroda gediş haqqının qaldırılması ilə bağlı təkliflərə baxıb və qiymətlərin 100 faiz qaldırılması ilə bağlı qərar qəbul edib. Ölkədə iqtisadi inkişaf və əhalinin yaşayış səviyyəsi nəzərə alınaraq gediş haqqı 0.40 AZN olub.

Xeber.İnfo olaraq qiymət artımı ilə bağlı Bakı sakinlərinin münasibətini öyrəndik. Təqribən 50 sakin arasında keçirilən sorğunun nəticəsi belə oldu. 20 nəfər qiymət artımını inkişafın göstəricisi kimi dəyərləndirdi və qərarın ən azı bir il gecikdiyini dedi. 25 nəfər qərardan xəbərsiz olduqlarını desələr də bütün halda məmnunlq edib, ölkə başçısına can sağlığı arzuladılar, lazım gəlsə canlarını belə İlham Əliyevə qurban verəcəklərini bildirdilər. Qalan 5 nəfər isə metrodan istifadə etmədiyini dedi. 

 

Oxunuş sayı 71173 dəfə
Şərh vermək üçün giriş edin
Top