Bazar ertəsi, 21 Noyabr 2016 21:00

Əhli-Beyt məddahı Səlim Müəzzinzadə vəfat etdi - VİDEO

Azan və mərsiyələri ilə insanların qəlbini fəth edən Müəzzinzadə Ərdəbili vəfat etdi

Gözəl səsi, nöhvələri, mərsiyyələri və möhtəşəm azanı ilə milyonlarla əhlibeytçinin qəlbini fəth edən Ustad Səlim Müəzzinzadə bu gün səhər 80 yaşında vəfat edib.

Bu barədə MaşriqNews məlumat verib.

Ərdəbil əyalətinin İslami Təbliğat Baş İdarəsi bu gün bəyanat yayaraq, “Sultanuz-Zakirin” ləqəbli azançı Səlim Müəzzinzadə Ərdəbilinin vəfat edtiyi məlumatını verib.

Səlim Müəzzinzadənin atası şeyx Əbdül-Kərim Müəzzinzadə İran radiosunun ilk azançısı olub. Onun qardaşı Rəhim Müəzzinzadə də İranda möhtəşəm azan oxuması ilə məşhurlaşıb. R.Müəzzinzadə 2005-ci ildə vəfat edib. 

Səlim Müəzzinzadə mərsiyyə və rövzələrinin çoxusunu Azərbaycan dilində oxuyub. Onun fars və ərəb dilində də növhə, rövzə və mərsiyyələri var.

Oxunuş sayı 1176 dəfə
Şərh vermək üçün giriş edin
Top