Bazar, 04 Dekabr 2016 21:00

Heydər Camal dünyasını dəyişib

Rusiya İslam Komitəsinin sədri, məşhur analitik Heydər Camal ömrünün 70-ci ilində dünyasını dəyişib.

Bu barədə onun Facebook səhifəsində yazılıb.

Camal 6 noyabr 1947-ci il tarixində dünyaya gəlmişdir. O, 1990-ci ildə Dirçəliş İslam partiyasının yaradıcılarından olub. 

1995-ci ildə Heydər Camal  "İslam Komitəsi" adlı ictimai hərəkət yaradıb və 1999-ci ildə Dövlət dumasına seçkilərdə iştirak edib. 

Qeyd edək ki, o, Rusiyada dövlət aleyhinə çağırışları ilə tanınıb.

Oxunuş sayı 1348 dəfə
Şərh vermək üçün giriş edin
Top