Bazar ertəsi, 12 Dekabr 2016 21:00

Tanınmış ilahiyyatçı son söz üçün vaxt istədi - hökm olacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə ilahiyyatçının vəkili Əfqan Məmmədov müdafiə çıxışı edib. Vəkil müvəkkilinin əçəlində cinayət tərkibinin olmadığını və ona bəraət verilməsini istəyib. İlahiyyatçı isə son söz üçün vaxt istəyib.

Sonuncu prosesdə prokuror E.Mustafaoğlunun 12 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə prosesi dekabrın 24-də davam edəcək. Sonuncu prosesdə E.Mustafaoğluna hökm oxunacaq.

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinir.

İlahiyyatçı məhkəmədə ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.

Oxunuş sayı 970 dəfə
Şərh vermək üçün giriş edin
Top