Bazar, 19 Fevral 2017 21:00

Cümə günü ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəməsi olacaq

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri, ilahiyyatçı  Elşən Mustafaoğlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 24-nə təyin edilib.

İşə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Mustafaoğlu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.(report)

Oxunuş sayı 1125 dəfə
Şərh vermək üçün giriş edin
Top