Çərşənbə axşamı, 21 Fevral 2017 21:00

Sərdar Hacıhəsənli dövlətin təyin etdiyi vəkildən imtina etdi

Xəbər verdiyimiz kimi Masallı rayonunun imam cüməsi, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının baş redaktoru ruhani Şeyx Sərdar Hacıhəsənli bu gün səhər saat 10-dan saxlanılıb.

Şeyx Sərdara qarşı cinayət məcəlləsinin 168.2 maddəsi ilə ittiham irəli sürülüb. 

Əldə etdiyimiz məlumata görə, ruhani Şeyx Sərdar Hacıhəsənliyə dövlət tərəfindən vəkil təyin etmək istənilsə də, o, dövlət tərəfindən təyin olunan vəkili qəbul etməyib. Həmçinin bildirilir ki, Şeyx Sərdar heç bir sənədə qol çəkməyib. 

Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şeyx Sərdardan ruhani fəaliyyətinə, xüsusi ilə yüzlərlə insanın önündə cümə namazı qıldığına görə polisə şikayət edib. 

Şeyx Sərdar bu gün səhər saat 10-dan polis bölməsində  saxlanılırdı.  Onu Masallı rayon məhkəməsinə aparıblar. 

7 saatdan çoxdur ki, saxlanılan Şeyx Sərdar haqqında yaxınlarına heç bir məlumat verilmir.

Oxunuş sayı 1396 dəfə
Şərh vermək üçün giriş edin
Top