Cümə axşamı, 02 Mart 2017 21:00

Şeyx Sərdar Hacıhəsənlidən xəbər var – Vəkili təcridxanada ona baş çəkib

Vəkil Cavad Cavadov həbsdə olan tanınmış ruhani, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb.

Bu barədə vəkil özü məlumat verib. Cavad Cavadov  Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında saxlanılan  namaz məhbusu Sərdar Babayevin  hüquqlarının pozulduğunu bildirib: “ "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tam əməl olunmur. Belə ki, Qanunun 19.6, 19.7  maddələrinə əsasən ona həbs edildiyi müddətdən başlayaraq bir həftə ərzində yaxınları ilə görüşmək (qanunla həftədə bir dəfə)  və  telefonla zəng urmaq imkanı (qanunla həftədə iki dəfə) verilməyib. Bundan əlavə ailəsi tərəfindən ona namaz qılmaq üçün aparılan səccadənin, rəsmi nəşr olan Qurani Kərimin və digər ədəbiyyatın verilməsindən imtina edilib”.  

Vəkil qeyd edib ki, Sərdar Babayevin həbsinə dinc etiraz yürüşü keçirən Masallı rayon sakinləri Sultanov Salman, Şahhüseynov Fizuli, Həbibov Məhəmməd, Məhərrəmov İmadəddin Masallı rayon Məhkməsinin 24.02.2017-ci il tarixli qərarı ilə müxtəlif müddətlərə inzibati həbsə məhkum ediliblər.  Cavad Cavadov həmin şəxslərin də hüquqlarını müdafiə edəcəyini və apellyasiya şikayəti hazırlayacağını əlavə edib. 

Oxunuş sayı 1352 dəfə
Şərh vermək üçün giriş edin
Top