Cümə axşamı, 31 Mart 2016 16:16

Azərbaycanda Həcc ziyarətinin qiymətləri açıqlandı

Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ziyarət xidmətlərinin qiyməti açıqlanıb.
 Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, builki Həcc ziyarətlərinin qiyməti müvafiq olaraq 3500 və 4500 ABŞ dolları təşkil edir. .
 Gündə iki dəfə yemək verilən və komfortu az olan otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4500 dollardır.
Oxunuş sayı 1672 dəfə
Şərh vermək üçün giriş edin
Top