Cümə, 01 Aprel 2016 10:12

Həcc ziyarətinə sənəd qəbulu başladı

Azərbaycanda bu gündən etibarən Həcc ziyarətinə sənəd qəbulu başlayır

 

 Qafqaz Müsəlmanları idarəsindən (QMİ) verilən məlumata görə, ölkədə Həcc ilə bağlı sənəd qəbulu yalnız idarə tərəfindən aparılır. Zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4x6 sm 4 ədəd fotoşəkil tələb olunur. Vizalar QMİ tərəfindən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən alınacaq.
 Qeyd edək ki, ötən gün Azərbaycanda ziyarətin qiymətləri açıqlanıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. 
 Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 3500 dollardır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. (apa)
Oxunuş sayı 1898 dəfə
Şərh vermək üçün giriş edin
Top