Şənbə, 10 Mart 2018 21:00

“Paşayevlər, İlham Əliyevin təbii yolla süquta uğrayacağını gözləyirlər”

“Son iki il hakimiyyəti Paşayev - Əliyev ailələri şərik idarə edirlər. Mehriban Əliyevanın vitse-prezident postuna təyinatından sonra paşayevlərin hakimiyyətdaxili güclənməsi açıq müşahidə olunur”. Bu sözləri ADA-nın keçmiş işçisi, ictimai fəal Qaçay Piriyev deyib.

qachayimQ.Piriyev hesab edir ki, paşayevlərin ən görkəmli nümayəndəsi məhz Arif Paşayevdir: “Paşayevlər deyiləndə düşüncəmizə ilk gələn Arif Paşayev olur. O, ölkə prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın atasıdır. O, eyni zamanda Azərbaycan Aviasiya Akademiyasının rektorudur. Bu ailənin əsas nümayəndələrindən biri də prezidentin baldızı Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevadır. Mehriban Əliyevanın əmisi Hafiz Paşayev isə rector olmaqla yanaşı həm də Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. H.Paşayev ADA Universitetində cox ciddi nizam yaradıb. Məndə olan məlumata görə ADA-da əliyevlər sıxışdırılır. Hətta Heydər Əliyevin ailəsindən yalnız İlham Əliyev bu məkana baş çəkə bilər. Ümumiyyətlə bu məkanda keçirilən tədbirlərə də çox ciddi nəzarət edilir. Heydər Əliyevin qohumlarından yaxud ailəsindən kimsə bu məkanda verilən tədbirlərə dəvət oluna bilməz. Şayələrə görə, paşayevlər bütün işlərini burden idarə edirlər. ADA Mehriban Əliyevanı prezidentliyə aparn vasitə hesab olunur. Əliyev ailəsindən heç kimin bura buraxılmaması məhz bu amilə bağlıdır”.

Q.Piriyev hesab edir ki, Mehriban Əliyeva geriyə dönüş olmayan bir yol başlayıb: “2004-cü ildə Heydər Əliyev adına fondla ictimai fəaliyyətə başlayan Mehriban Əliyeva paşayevləri hakimiyyətin ən yüksək zirvəsinə - bir addımlığına qədər apara bilib. Xanım Əliyevanın vitse-prezident postuna yiyələnməsi prezident olmaq arzusunu xeyli reallaşdırıb. Bütün iqtisadi resursların da məhz paşayevlərin əlində cəmləşdiyi bildirilir. Hətta vergilər nazirliyinin və güc stururkturlarının Mehriban Əliyevanın kurasiyasında olduğu deyilir. Bundan başqa bank sektorunda və sığorta bazarında nəzarət tam olaraq paşayevlərin əlindədir. Mehriban Əliyevanın Avropa ilə əməkdaşlığını da nəzərə alsaq hakimiyyətin bir addımlığında olması heç kimdə şübhə yarada bilməz. Görünür, paşayevlər tələsmirlər, təbii yolla İlham Əliyevin süqutunu gözləyirlər”

Oxunuş sayı 2406 dəfə
Şərh vermək üçün giriş edin
Top