Çərşənbə, 16 Yanvar 2019 22:22

Azərbaycan Həcc ziyarətindən imtina etməlidir - Çağırış

Cavid Cabbarlı: "Həcc ziyarətinə xərclənən vəsaiti müvəqqəti olaraq ümumxalq mübarizəsinə sərf etsək dinimiz və dövlətimiz üçün daha faydalı olar"

Həcc qiymətləri bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacaq. Bu barədə QMİ məlumat verib.

Hər il Həcc ziyarətinin qiyməti qaldırılır və bunun əsas səbəblərindən biri, bu ziyarətin Şeyxin monopoliyasında olmasıdır.

Mövzu ilə bağlı ilhaiyyatçı-yazar Cavid Cabbarlı danışıb. O, Həcc ziyarətindən imtina etməyin zamanının gəldiyini bildirib: “Düşünürəm ki, Azərbaycanın Həcc ziyarətindən müvəqqəti imtina etməyinin zamanı gəlib. Məncə ölkəmiz üçün çox faydlı və təsirli olar. Bunu iki məsələyə görə izah etmək istəyirəm. Birincisi, bütün İslam dünyasının diqqəti Azərbaycana yönələcək və ölkəmizlə bağlı ciddi araşdırmalar başlayacaq. Nəticədə Azərbaycanda vəhşi rejimin hakimiyyətdə olduğu ifşa olunacaq. Bu da Azərbaycan hakimiyyətlə əməkdaşlıq edənlərin yenidən düşünmələrinə səbəb ola bilər. 
İkincisi, qiymət artımı ilə bağlıdır. MDB ölkəri arasında ən baha qiymət Azərbaycandadır. Lakin ən aşağı xidmət də Azərbaycandadır. QMİ hər il qiyməti qaldırır. Həcc ziyarətini tam monopoliyaya alıb. Müvəqqəti Həcc ziyarətindən imtina olunarsa, heç olmasa QMİ-nin qiymət monopoliyası yarılar. 
Digər məsələ tam şəxsi və ictimai yanaşmadır. Bu gün 150-dən çox siyasi məhbusumuz var. Onlardan böyük əksəriyyəti dindarlar və dəyərli ruhanilərdirlər. Rejim hər gün xalqı əzir və amansız rəftarını daha da artırır. Bizim Həcc və Kərbəla ziyarətimiz zalim və qəddar Əliyev rejiminə qarşı etiraz səsimizi qaldırmağımızdır. Həcc ziyarətinə xərclənən vəsaiti ümumxalq mübarizəsinə sərf etsək dinimiz və dövlətimiz üçün çox faydalı olar“.

Oxunuş sayı 903 dəfə
Şərh vermək üçün giriş edin
Top