Cümə axşamı, 14 Mart 2019 16:19

Rəğaib gecəsinin əməlləri

Rəğaib gecəsi - ilin ən fəzilətli gecələrindəndir. Bu gecənin əməlləri

Rəcəb ayının birinci cümə gecəsi "Leylətul-rəğaib" adlanır. Bu gecənin çox fəzilət və üstünlüyü vardır. Həzrət Peyğəmbərdən (s) bu gecə üçün xüsusi əməllər nəql olunmuşdur. Bu gecə səbəbilə neçə-neçə günahkarlar bağışlanmış olar.

Bu gecənin əməllərindən biri də on iki rükətlik namazdır. Kim bu namazı qılsa, Allah Təala o kimsənin qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər. O namaz aydın dillə ona deyər: "Ey mənim həbibim, sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın."

Həmin kimsə deyər: "Sən kimsən? And olsun Allaha, mən sənin üzündən daha gözəl bir üz görməmişəm. Sənin kəlamından daha şirin bir danışıq eşitməmişəm. Sənin iyindən daha gözəl bir qoxu iyləməmişəm."

O isə belə deyər: "Mən sənin filan il, filan ay, filan gecədə qıldığın namazın savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını yerinə yetirim, tənha qaldığında sənə munis olam, qorxunu səndən götürüm. Qiyamət günü sur üfürüldükdə, mən sənin başına kölgə salacam. Belə isə xoşhal ol ki, xeyir heç vaxt səndən uzaq olmayacaq."


Bu namazın qılınma şərtlərindən biri ORUCdur. Belə ki, Rəcəb ayının ilk cümə axşamı günü (həftənin 4-cü gün) oruc tutursan. Həmin günü, yəni cümə gecəsi iftarı açdıqdan sonra şam və xüftən namazlarının arasında 12 rükətlik namaz qılırsan. Hər 2 rükətdən bir salamı deyirsən. Sonra qalxıb təkbir ("Allahu Əkbər") deyərək, növbəti 2 rükəti qılırsan. Hər rükətdə də 1 dəfə "Həmd", 3 dəfə "Qədr", 12 dəfə "İxlas" surəsini oxuyursan.

1. "Həmd" ("Fatihə") surəsi:
Bismilləhir-Rahmənir-Rahim. Əlhəmdulillahi Rabbil-aləmin. Ərrahmənir-rahim. Maliki yaumiddin. İyyakə nəabudu və iyyakə nəstəin. İhdinəs-sıratal-mustəqim. Sıratal-ləzinə ən 'əmtə aleyhim ğeyril-məğzubi aleyhim vələzzallin.

بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ
الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ
الرَّحْمـنِ الرَّحِيمِ
مَـالِكِ يَوْمِ الدِّينِ
إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ
اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ
صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ

2. "Qədr" surəsi:
Bismilləhir-Rahmənir-Rahim. İnnə ənzəlnəhu fi ləylətil-Qadr. Və ma ədrakə ma ləylətul-Qadr. Ləylətul-Qadri xayrum-min əlfi şəhr. Tənəzzəlul-məla-ikətu vər-Ruhu fihə bi-izni Rabbihim-min kulli əmr. Səlamun hiyə hətta mətlə'il-fəcr.

بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ

تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ

3. "İxlas" surəsi:
Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd. Əllahus-saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul-ləhu kufuvən əhəd.

بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ

قُلْ هُوَ اللَّهُ أَحَدٌ

اللَّهُ الصَّمَدُ

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ

1. Namazdan sonra 70 dəfə deyirsən:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ

"Əllahummə salli alə Muhəmmədin-nəbiyyil-ummiyyi və əla alih"

Tərcümə: "İlahi, Həzrət Muhəmmədə (s) və onun nəslinə (ə) öz rəhmətini göndər"

2. Sonra səcdəyə gedib 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

"Subbuhun quddusun Rabbul-məlaikəti vər-ruh."

Tərcümə: “İlahi, Sən ən paksan, ən müqəddəssən, mələklərin və ruhun Rəbbisən”

3. Sonra başını səcdədən qaldırıb 70 dəfə deyirsən:

رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ

"Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm."

Tərcümə: "Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əhv et. Həqiqətən Sən uca və əzəmətlisən."

4. Sonra yenidən səcdəyə gedib 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

"Subbuhun quddusun Rabbul-məlaikəti vər-ruh."

Tərcümə: "İlahi, Sən ən paksan, ən müqəddəssən, mələklərin və ruhun Rəbbisən."

Sonra hacətinizi, istəyinizi Allahdan istəyirsiniz. İnşəallah, hacətiniz yerinə yetər. (deyerler)

Oxunuş sayı 1283 dəfə
Şərh vermək üçün giriş edin
Top