Bazar ertəsi, 20 Aprel 2020 18:56

Mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama 

Ayətullah Xameneinin dəftərxanasından mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama 

Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin dəftərxanasının "Ayın axtarışı üzrə mərkəzi"inin katibi Höccətül-İslam Əlirza Müvəhhidinejad mübarək Ramazan ayının ilk günü ilə bağlı açıqlama verib.

Maide.Az “Tasnimnews”a istinadla xəbər verir ki, Höccətül-İslam Əlirza Müvəhhidinejad bildirib ki, Ayətullah Xameneinin son fətvasına uyğun olaraq (həmüfüq olma şərti, avadanlıqla görmə qabiliyyəti və gündüz ayın görünməsi və növbəti günün ayın ilk günü elan edilməsi) 1441-ci hicri-qəməri ilinin Mübarək Ramazan ayının əvvəlinin təyin olması aşağıdakı qaydadadır:

  1. Dünyanın hər bir yerində Aprel ayının 23-də Ramazan ayının hilalının axtarışı aparılsın və hilal görünərsə, Cümə günü (24 aprel) mübarək Ramazan ayının ilk günü olacaq.

  2. İranda şənbə günü ( 25 Aprel) Ramazan ayının ilk günü elan olunarsa, bütün dünyada yalnız şəri yollarla Cümə gününün Ramazan ayının ilk günü sübuta yetirilmiş yerlər istisna olmaqla buna uyğun əməl olunsun.

  3. Ayın görünməsi üzrə axtarış aparan ekspertlər Ramazan ayının hilalının Cümə axşamı (23 Apreldə) müşahidəsinin yalnız şimalı və cənubi Amerikada mümkün olacağını bildirir və digər bölgələrdə yalnız Cümə günü görünəcək.

Ali Rəhbərdən istifta olunub və həmin istiftaya əsasən, mükəlləf şəxsdə ekspertlərin ayın görünməsinə dair dediklərinə əminlik yaranarsa, şəri baxımdan ona əməl etməyin maneəsi yoxdur.

Ə.Müvəhhidinejad deyib ki, İranlı və əcnəbi ekspertlərin rəyinə əsasən, adi göz və texniki vasitələrlə Ramazan ayının hilalının cümə axşamı (23 Aprel) günbatan çağı görünməsi çox az ehtimal olunur. Ali Rəhbər Ayətullah Xamenei və Ayətullah Sistaninin fətvasına uyğun olaraq, mübarək Ramazan ayının ilk günü şənbə günü ( 25 Aprel 2020-ci il) olacaq.

Oxunuş sayı 313 dəfə
Şərh vermək üçün giriş edin
Top