Bazar, 16 Avqust 2020 22:11

Məscidlərin bağlı qalmasına susaq - TƏKLİF

Xəstə və yaşlı siyasi məhbuslar azad edilərlərsə..

Bir neçə gün sonra Məhərrəm ayı başlayır. Ay təqviminin - 1442-ci ilin ilk ayıdır Məhərrəm. Bu ay 3-cü məsum İmam Həzrət Hüseynin (ə), sadiq tərəfdarlarının və əhli-beytinin matəm günlərinə təsadüf edib. Müsəlmanların zahiri rəhbərliyini atasından əldə edən qəsbkar və əxlaqsız Yezid İmamdan beyət tələb edir. Babası Həzrət Məhəmmədin (s) şəhərində - Mədinədə (Yəsrib) yaşayan İmam Hüseyn bu tələbin sonunu bildiyi üçün ailəsi və sadiq tərəfdarları ilə birlikdə, əmniyyət şəhəri olan Məkkəyə, ordan da Kufə şəhərinə tərəf hərəkət edir. Kufəyə çatmamış Kərbəla adlanan yerdə şəhid edilir. Onun şəhadəti İslama can verməklə yanaşı, azad insanlar üçün bir örnəyə çevrilir.
Ay təqviminin (Hicri-Qəməri) 60-cı ilində baş vermiş Kərbəla hadisəsi, Aşura qiyamı bu günə qədər davamlı qeyd olunur və dövrün zalımlarına qarşı müqavimət məktəbi olaraq, mübarizlər yetişdirir. Aşura Qiyamı bu günümüzə qədər asanlıqla və hamının qəbul etdiyi formada gəlib çatmayıb. Dövrün zalım və qəskar hakimləri bu məktəbə savaş açıb, məzunlarını şəhid ediblər. Bundan sonra da belə davam edəcək.
Bu il (2020) ölkəmizdə məlum virusu bəhanə edib əxlaqsız və quldur dəstə Haqq Məktəbinin 2 aylıq fəaliyyətini dayandırmaq istəyir. Məscidləri bağlayıb, hətta açıq havada Aşura Qiyamının ildönümünü qeyd etməyə imkan vermir. Təbii ki, bu mövzuda inanclılar əsasən iki hissəyə bölünüblər: 1. Məscidlərin açılmasını və Məhərrəm ayında matəm məclislərinə bəzi şərtlərlə icazə verilməsini tələb edənlər; 2. Karantin rejimini əsas gətirib hökumətin qadağaları ilə razılaşmağa üstünlük verənlər;
Reallıq budur ki, məscidlər və ibadət yerlərinin açılması karantin qaydalarına qarşı deyil. Bəzi şərtlərə əməl etməklə məscidlər açıla bilər. Digər ölkələrdə bunun nümunələri də var. Məsələn, Avropa ölkələrində aylardır ki, ara məsafəsi saxlanılaraq, maskadan istifadə etməklə insanlar məscidlərə gedir, ibadətlərini edirlər.
Düşünürəm ki, məscidlərin bağlı saxlanılması ilə siyasi hakimiyyət inanclılara qarşı daha bir məhdudiyyət yaradır. Həm də xüsusi olaraq deməliyəm ki, karantin dövründə vətəndaşa qarşı ən sərt davranan və insanlara ciddi problem yaradan hökumətlərdən biri, bəlkə də birincisi Azərbaycan hakimiyyəti oldu. Məscidlərin bağlı saxlanılması üçün heç bir ciddi səbəb yoxdur.
Karantin rejimini əsas gətirərək məscidlərin bağlı qalmasını istəyən inanclılar, axund və ruhanilərə gəldikdə, cənablar, bu günə qədər bu əxlaqsız rejim hansı dini problemi həll edib? Hər fürsətdə daha bir məhdudiyyət yaratmayıbmı? Siz hələ də qumarbaz İlhamın taxtının dayaqlarını bərkitməklə məşğulsuz. Zalıma xidmət etmək məzluma zülm deyilmi? Görürəm ki, hakimiyyətin bu qərarına haqq qazandırmaq istəyirsiz. Bu gün rejimin qərarına geyindirdiyiniz "həqiqət köynəyi" qiyamətdə atəş saçaraq öz əyninizə keçəcək. Məscidlərin açılmasını tələb edə bilmirsinizsə, lütfən lal olun. Tamam, lal ola bilməzsiz, sizin əsas vəsifənin rejimin batil qərarlarına haqq donu biçməkdir. Heç olmasa bir şey qazanaraq, bunu edin. Məsələn, həqiqətən rejim xalqın sağlığını düşünüb, məscidləri bağlı saxlayırsa, təklif edin ki, heç olmasa xəstə və yaşlı siyasi məhbusları azad etsin. Məsələn, bir neçə ağır xəstəliklərdən əziyyət çəkən, heç bir ittiham sübut olmadan 11 il 6 ay azadlıqdan məhrum edilən və artıq 10 il 7 ay həbsxanada girov saxlanılan Rufullah Axundzadəni, yaxud ağır xəstəlikdən həbsxananın küncündə qıvrılan ilahiyyatçı Fərhad Mirzəni sərbəst buraxdıra bilərsinizmi? Edə bilməzsiz, çünki...
Zalıma və ona zərrə qədər yardım edən hər kəsə mütləq lənət şamil olacaq.
Quldur, qumarbaz və əxlaqsız İlham Əliyevin köləsi olmaq qədər bədbəxtlik mümkün ola bilməz.

Cavid Cabbarlı

Oxunuş sayı 1657 dəfə
Şərh vermək üçün giriş edin
Top