Bazar, 06 İyun 2021 02:49

Bu gün 6-cı məsum İmam Həzrət Cəfəri Sadiqin (ə) şəhadət günüdür

Bu gün 06 iyun (hicri qəməri təqvimilə 25 şəvval) İmamət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) şəhadət günüdür. Həzrət 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası imam Baqirin (ə) məzarının kənarındadır. O həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçmişdi.

Oxunuş sayı 79 dəfə
Şərh vermək üçün giriş edin
Top