Çərşənbə, 27 İyul 2022 15:37

Bu və digər səbəblərdən MBH-dən ayrılıram - Fərhad Mirzə

Müsəlman Birliyi Hərəkatının İdarə heyyətinin üzvü Fərhad Mirzəyev Birlikdən ayrıldığını bildirib. Xeberinfo.org-un məlumatına görə, F.Mirzə bu barədə Facebook sosial hesabında post paylaşıb: "Əzizlərim! Səhhətimlə əlaqədar olaraq MBH-də fəaliyyət göstərməyim mümkünsüz hala gəlmişdir. Bu və digər səbəblərdən də mən MBH-dən ayrılıram. Əgər mümkün olsa və səhhətim imkan versə, fəaliyyətimi müstəqil surətdə aparacağam inşaAllah! MBH-yə və onun üzvlərinə isə uğurlar arzulayıram. Ümid edirəm ki, məni anlayışla qarşılayarsınız!"

Qeyd edək ki, bir müddət əvvəl MBH-nin sədr müavini Elçin Qasımov da Birlikdən istefa verib.  

Oxunuş sayı 1566 dəfə
Şərh vermək üçün giriş edin
Top