Bazar, 22 Yanvar 2017 21:00

Gənclər arasında keçirilən "Streetball turniri”nə yekun vuruldu – FOTO

“Komanda şəklində oynanılan bu oyunlar gənclərə sağlam rəqabət prinsipini aşılayacaq”

Xeber.İnfo-nun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən Elgiz Əlizadənin rəhbərlik etdiyi “Gənclər arasında Streetball turniri” adlı layihəyə yekun vurulub.

Layihənin ilk günü streetball oynamaq qaydaları barədə məlumat verilib, iştirakçılara sərbəst şəkildə topla və rəqiblə məşq etməyə imkan yaradılıb. Növbəti gün isə layihınin açılış mərasimində  Elgiz Əlizadə çıxış edərək, Prezident yanında Gənclər fondunun bu cür layihələrə verdiyi dəstəkdən, ölkə rəhbərliyinin idmana göstərdiyi qayğıdan, yaradılan şəraitdən və layihənin məqsədindən söz açıb. Daha sonra komandalar arasında oyunlara start verilib. Turnirin ilk günündə Bakı və Sumqayıtdan 8 komanda mübarizəyə qoşulub. Yarışın final mərhələsində Sumqayıt komandası Qarabağ komandasından 28:20 hesabı ilə üstün olmaqla turnirin qalibi seçilib. “Miami” və “Qafqaz” komandaları isə 3 və 4-cü yerləri bölüşüblər. Layihənin əsas məqsədi cəmiyyətin aktiv təbəqəsi olan gənclərimizin sağlam həyat sürməsi, asudə vaxtlarını daha səmərəli keçirmək və gənclər arasında bu cür idman oyunlarını təbliğ edərək, onların həyat tərzinə çevirməkdir. Komanda şəklində oynanılan bu oyunlar gənclərə sağlam rəqabət prinsipini aşılayaraq, dövlətimizin əsas hədəflərindən olan sağlam gələcək yetişdirmək amalına öz töhfəsini verəcəkdir.

Hüseyn Alışzadə

Oxunuş sayı 2166 dəfə
Şərh vermək üçün giriş edin
Top